Dünya
13:08, 09 aprel 2020
31
0

Koronavirus sayəsində Honkonq heyvanxanasında pandalar ilk dəfə cütləşiblər

Koronavirus sayəsində Honkonq heyvanxanasında pandalar ilk dəfə cütləşiblər
Koronavirus pandemiyası sayəsində Honkonq heyvanxanasında 10 il ərzində ilk dəfə Qırmızı kitaba düşən pandalar cütləşiblər.

“Daily Mail” xəbər verir ki, heyvanxananın əməkdaşları bunu 2010-cu ildən gözləyirmişlər.

Məlumata əsasən, insanları görməyən pandalar bir-birinə maraq göstərməyə, suda çimməyə və bir-birinin qoxusunu almağa başlayıb.

Sonra isə onlar cütləşiblər.
Digər xəbərlər: