Dünya
50 il birgə yaşamış cütlük koronavirusdan vəfat edərkən bir-birinin əlini buraxmadı
ABŞ-ın Missisipi ştatında 50 il xoşbəxt ailə həyatı yaşamış 72 yaşlı Cerri və Frensis Uilyamson cütlüyü koronavirus səbəbindən vəfat edib.
“Metro” xəbər verir ki, onlar kruiz gəmisində səyahətdə olarkən xəstəliyə yoluxublar. Səyahət etməyi sevən cütlük tez-tez fərqli yoluxucu xəstəliklərə tutulsalar da qısa zamanda sağalırmışlar.
Lakin bu dəfə onlar mübarizədən məğlub ayrılıblar.
Qeyd etmək lazımdır ki, sonuncu nəfəslərində olan cütlük əl-ələ tutaraq bu dünyaya göz yumub.
Onların iki uşağı, səkkiz nəvəsi və 12 nəticəsi var idi.