Dünya
Çində koronavirus qurbanlarının sayı 3,2 min nəfərə çatdı
Ötən gün ərzində Çində koronavirus qurbanlarının sayı daha 13 nəfər artıb.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qeyd edilir ki, son gün ərzində ölkədə koronavirusa daha 11 nəfər yoluxub, 1 430 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.
Məlumata görə, Çində koronavirus xəstələrinin ümumi sayı 80 824 nəfərdir. Ölkədə ümumilikdə 65 541 nəfər sağalıb, daha 3 189 nəfər virusun qurbanı olub.
Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb.