Dünya
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Dövlət başçıları martın 5-də Moskvada Rusiya ilə Türkiyə arasında yüksək səviyyəli görüşün gedişatında nail olunmuş razılaşmaların reallaşdırılması ilə bağlı məsələləri müzakirə ediblər. Prezidentlər İdlibdə gərginliyin azalmasından məmnunluqlarını bildiriblər.
Qeyd edilir ki, tərəflər hər şeydən əvvəl Türkiyə və Rusiya Müdafiə nazirliklərinin döyüş hərəkətlərinin və vəziyyətin sonrakı sabitliyinin möhkəm təminatı üçün birgə işin davam etdirilməsinin əhəmiyyətini təsdiqləyiblər.
Telefon danışığında şəxsi əlaqələr də daxil olmaqla, müntəzəm dialoqu bundan sonra da müxtəlif səviyyələrdə dəstəkləmək razılaşdırılıb.(report)