Cəmiyyət
21:11, 22 mart 2020
63
0

“RAHAT” Supermarketlər şəbəkəsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürdü

“RAHAT” Supermarketlər şəbəkəsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürdü
Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanına əsasən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin təmin olunması məqsədilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna “RAHAT” supermarketlər şəbəkəsi tərəfindən 50 min manat məbləğində dəstək göstərilib.

Mövcud vəziyyətlə əlaqədar olaraq, şirkətlər ölkə əhalisinin gündəlik tələbat mallarına olan ehtiyaclarının fasiləsiz təmin edilməsi üçün əlavə tədarük və təchizat tədbirləri görməkdədir.

Bununla yanaşı, şirkətlər qrupu Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatları əsasında müştərilərin və əməkdaşların sağlamlığını qorumaq məqsədi ilə bütün təhlükəsizlik tədbirlərinə riayət edir, bu istiqamətdə müvafiq maarifləndirmə işləri aparır.
Digər xəbərlər: