Cəmiyyət
Gürcüstanda koronavirusa daha üç yoluxma halı təsdiqləndi
Gürcüstanda daha üç nəfərə koronavirus diaqnozu qoyulub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib.
Bununla qonşu ölkədə koronavirus daşıyıcılarının sayı 47-yə çatıb.
Karantində 1 966, stasionar nəzarətdə isə 259 nəfər saxlanılır.
Qeyd edək ki, koronavirusa yoluxan şəxslərdən biri tam sağalaraq evə buraxılıb.
Daha çox xəbər: