Cəmiyyət
Naxçıvanda koronavirusa yoluxanların sayı artdı - ÖLƏN VAR

"Ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq 1915 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 229-u ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir".
"Report" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılıb: "Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat etmişdir. Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”.
Daha çox xəbər:
Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı
Azərbaycanda son 24 saatda koronavirusa yoluxma sayı açıqlandı (RƏSMİ)
Azərbaycanda daha 33 nəfərdə koronavirus tapıldı, 3 nəfər ölüb
Azərbaycanda daha 76 nəfər koronavirusa tutuldu 1 nəfər ölüb - SON DƏQİQƏ!
Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib.
