Siyasət
MSK-ya gec göndərilən müraciətlərə baxılmayacaq
"Fevralın 12-də növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) edilən şikayətlər yekunlaşıb”.
Yeniavaz.com modern.az-a istinadən xəbər verir ki, MSK sədri Məzahir Pənahov diqqətə çatdırıb. O, vurğulayıb ki, fevralın 12-si şikayətlərin göndərilməsinin sonuncu günü idi:
"MSK qəbul olunan şikayətlərə tam baxacaq. Bizə göndərilən şikayətlərin 90 faizi sosial şəbəkələrdə yayılan məlumatlardır”.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən seçkinin keçirildiyi gündən sonra 3 gün müddətində MSK-ya şikayət edə bilərlər. Göstərilən müddət bitdikdən sonra Komissiyaya edilən şikayətlər əsassız sayılır.
Daha çox xəbər:
Məzahir Pənahov: “MSK-ya etibarınız çoxdur deyə, müraciətləri birbaşa bizə göndərirsiniz”
Bu gün MSK daha bir neçə müraciətə baxacaq
Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqladı
MSK onlarla bağlı daha bir sərt qərar verdi
İqbal Məmmədov vaxtından əvvəl sevinib - Lerikdə seçkinin nəticələri ləğv ediləcək