Siyasət
11:59, 15 fevral 2020
44
0

MSK onlarla bağlı daha bir sərt qərar verdi

MSK onlarla bağlı daha bir sərt qərar verdi
Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin dairələr üzrə lider namizədlər siyahısından dörd nəfərin adı çıxarılıb.

Metbuat.az xəbər verir ki, həmin şəxslər Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadi Rəcəbli və Çingiz Qənizadədir.

Ötən gün onların adı hələ də lider namizədlər siyahısında qalırdı.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar dörd seçki dairəsinin nəticələri etibarsız hesab edilib.
Bunlar 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsidir.

Həmin dairələr üzrə müvafiq olaraq Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadi Rəcəbli və Çingiz Qənizadə lider namizəd elan olunmuşdu.
Digər xəbərlər: