Siyasət
14:31, 18 fevral 2020
56
0

İqbal Məmmədov vaxtından əvvəl sevinib - Lerikdə seçkinin nəticələri ləğv ediləcək

İqbal Məmmədov vaxtından əvvəl sevinib - Lerikdə seçkinin nəticələri ləğv ediləcək
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib. Bundan əlavə, bir sıra seçki dairəsi ilə bağlı daxil olan şikayətlər araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib. Onların arasında 78 saylı Lerik seçki dairəsi də var.

Hokm.az xəbər verir ki, 78 saylı Lerik seçki dairəsi 9 fevral tarixində və ondan əvvəl seçki saxtakarlığının, qanun pozuntularının müşahidə olunduğu dairələr sırasında ilk pillərdə gəlir. Seçkinin gedişi müddətində bu seçki dairəsindən qeydə alınan 6 namizəd birgə bəyanatla çıxış edərək, Lerikdə yerli icra struktuları tərəfindən seçkilərə müdaxilə edildiyi, seçkilərin nəticələrinin İqbal Məmmədovun xeyrinə saxtalaşdırılması üçün hazırlıq getdiyini bəyan etmişdirlər. Onlar icra başçısı Rövşən Bağırov və onun birinci müavini Cəlil Baxşıyev tərəfindən vətəndaşların sərbəst seçiminə təzyiq göstərildiyi, xalq tərəfindən etimad görməyən İqbal Məmmədov üçün görüşlərin inzibati resusrslar hesabına təşkil edildiyini bildirmişdilər.

Namizədlər 9 fevral seçkilər günündə də ictimaiyyətə və ölkə rəhbərliyinə müraciət edərək, Lerikdə seçkilərin total şəkildə İqbal Məmmədovun xeyrinə saxtalaşdırıldığını diqqətə çatdırmışdılar. Seçkilərdən sonra namizədlər yeindən bir araya gələrək bu seçkilərin Lerik əhalisinin iradəsini ifadə etmədiyini bəyan edərək, nəticələri tanımaqdan imtina ediblər. Namizədlər müvafiq şikayətlə həm ölkə rəhbərliyinə, həm də MSK-ya şikayət ediblər.

Bütün bunlara baxmayaraq, Milli Məclisin ən qalmaqallı deputatlarından sayılan, övladı və yaxın qohumları dövlət məmurlarına əl qaldıran, külli miqdarda vergidə yayınan İqbal Məmmədov hələ seçkilərin ilkin nəticələri açıqlanmadan öncə 9 fevral saat 19.15 radələrində Lerikin mərkəzində "qələbə”sini bayram edərək, atəşfəşanlıq keçirib. 10 fevral tarixində isə İ.Məmmədovun qələbəsinin "memarı” olan icra başçısı Rövşən Bağırovla birgə rayon mərkəzində insanları toplayaraq, poz veriblər. Rəsmi nəticələr gözlənilmədən namizəd İqbal Məmmədovun şərəfinə qurbanlar kəsilib. ( https://www.facebook.com/100006566802005/videos/2579210312307837/UzpfSTEwMDAxOTcyNzIzMDc2Njo0NzAzNjAxNDM2MzE1NTY/)

Hətta 9 fevral tarixində səhər saatlarında seçkilər hələ davam edərkən İ.Məmmədovun qardaşı oğlu Nəriman Nərimanlı deputatın öz profilindən Facebook-da canlı yayım edərkən, Məmmədovun tərəfdarları onu deputat elan edərək, artıq seçildiyini iddia ediblər.

Məlumatlı mənbələr isə deyir ki, İqbal Məmmədov vaxtından tez sevinib və bayram edib. Onun bu davranışları, eyni zamanda Lerikdəki biabırçı seçki saxtakarlıqları ölkə rəhbərliyinə məruz edilib. İqbal Məmmədovun mandatının ya MSK tərəfindən, ya da Konstitusiya Məhkəməsi mərhələsində ləğv ediləcək.Editor.az
Digər xəbərlər: