Sosial
Biləsuvarda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 1 ailənin 4 üzvü təcili Bakıya gətirildi
Bilasuvar rayonunda kütləvi zəhərlənmə olub.
Hadisə rayonun Günəşli kəndində baş verib.
Kənd sakini, 1958-ci il təvəllüdlü Əhmədov Adil Ələsgər oğlu, həyat yoldaşı Xasıyeva Cahanşah Məhəmməd qızı və övladları, 1991-ci il təvəllüdlü Əhmədov Amil Adil oğlu və 1997-ci il təvəllüdlü Əhmədova Sevanə Adil qızı qidadan zəhərləniblər. Ailə üzvlərinə Biləsuvar rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdikdən sonra vəziyyətləri ağır olduğu üçün Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib.
Məlumata görə, ailə üzvləri evlərində özlərinin hazırladıqları pomidor turşusundan zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır. (trend)