Sosial
12:39, 31 yanvar 2020
130
0

Qobustanda iki qadın dəm qazından zəhərlənib

Qobustanda iki qadın dəm qazından zəhərlənib
Qobustan rayonunda dəm qazından zəhərlənmə hadisələri baş verib.

Rayonun Sündü kənd sakini, 1957-ci il təvəllüdlü Qəndilə Abuzərova və Nabur kənd sakini, 1993-cü il təvəllüdlü Ramilə Aydəmirova yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər. Onlar Qobustan və Şamaxı rayon Mərkəzi Xəstəxanalarına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.(apa)
Digər xəbərlər: