Dünya
Suriyada terror aktı planlaşdıran YPG silahlıları ələ keçirilib
Suriyada YPG-nin (PKK-nın Suriya qolu) “Barış pınarı” zonasında terror aktı həyata keçirməyi planlaşdıran 5 silahlısı ələ keçirilib.
“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, terrorçular Tall-Abed şəhərində yaxalanıblar. Nazirlikdən qeyd ediblər ki, terroçuların yaxalanması əməliyyatı şəhərin müxtəlif ərazilərində eyni vaxtda keçirilib.
Əməliyyat zamanı terrorçulardan “Kalaşnikov” avtomatı, ov tüfəngi, tapança, iki ədəd əldəqayırma tapança, xeyli sayda döyüş sursatı və s. götürülüb.(report)
Daha çox xəbər: