Cəmiyyət
Biləsuvarda İran vətəndaşlarından 16 kq narkotik və silah-sursat ələ keçirilib
Biləsuvar polisi ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitələr keçirən İran vətəndaşlarını saxlayıb. Qaçaqmalçılardan ümumilikdə 16 kiloqram 400 qram narkotik vasitə və psixatrop maddə, həmçinin silah-sursat aşkarlanıb.
Bizimyol.info xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətiməlumat verib.
Belə ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Arazbarı kəndi ərazisində 2 nəfər İran İslam Respublikası vətəndaşı, Rövşən Nusrəti və Rəsul Modiri saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Polis Şöbəsində onların əlində olan qara çantaya baxış keçirilərkən oradan 5 kiloqram 500 qram narkotik vasitə heroin, 5 kiloqram 300 qram tiryək, 5 kiloqram 600 qram psixatrop maddə olan metamfetamin, 1 ədəd “Makarov” tipli tapança, həmin silaha aid 6 ədəd patron, 1 ədəd qaz balonu və 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb. Həmin şəxslərin bildirdiyinə görə narkotik vasitələri İran vətəndaşı olan “Əli” adlı şəxsin sifarişi ilə qaçaq yolla Azərbaycan Respublikasının ərazisinə gətiriblər və əvvəlcədən müəyyən edilmiş yerdə gizlədərək geri qayıtmalı idilər.
Faktla bağlı araşdırma aparılır.
Daha çox xəbər: