Dünya
13:51, 08 yanvar 2020
47
0

Trampdan İraqdakı ABŞ bazasının bombalanmasından sonra ilk açıqlama: “Dəyən zərər hesablanır”

Trampdan İraqdakı ABŞ bazasının bombalanmasından sonra ilk açıqlama: “Dəyən zərər hesablanır”
Tramp İranın İraqdakı ABŞ hərbi bazalarına raket hücumundan sonra ilk dəfə açıqlama verib.

Bu barədə o, “Twitter” hesabında yazıb.

ABŞ lideri Ağ Evdə Milli Təhlükəsizlik Şurasının iştirakı ilə müşavirə keçirib.

“Hər şer qaydasındadır. İrandan atılan bombalar İraqda iki hərbçini hədəf aldı. Dəyən zərər hesablanır. İndiyə qədər hər şey yolunda gedir. Biz dünyada ən güclü və donanmalı orduya sahibik”, - o bildirib.

Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İraqdakı iki hərbi bazasına raket hücumu edib.
Digər xəbərlər: