Cəmiyyət
“Binə”nin prezidenti və“Keşlə”nin məşqçisi saxlanılıb - Foto
“Keşlə”in fiziki hazırlıq üzrə məşqçisi Mehman Babayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Tərlan Əhmədovun köməkçisi komandanın dünənki məşqindən dərhal sonra bölməyə aparılıb.
Məşqçi, böyük ehtimalla, danışılmış oyunlarla bağlı aparılan araşdırma çərçivəsində saxlanılıb.
Başqa bir məlumatda isə, “Binə” klubunun prezidenti Teymur Həsənlinin də saxlanıldığı bildirilir. Onun da adı oyunların nəticəsinin manipulyasında hallanır. Güman olunur ki, Həsənlinin məsələsi “Binə”nin birinci divizionda çıxış etdiyi 2017-2018 mövsümü ilə bağlıdır.
Məlumat üçün deyək ki, həmin mövsümündə komanda aşağı dəstədə 7-ci yeri tutmuşdu. Komandaya o ərəfədə hazırda “Keşlə”də Tərlan Əhmədovun köməkçisi olan Mehman Babayev başçılıq edirdi. (sportinfo)