Hadisə
12:46, 24 oktyabr 2019
56
0

Minik avtomobili Binə sakininin iki ayağını qırdı

Minik avtomobili Binə sakininin iki ayağını qırdı
Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəza Binə qəsəbəsində qeydə alınıb.

Minik avtomobili Südçülük sovxozu yaşayış massivində 1949-cu il təvəllüdlü Abdullayev Səxavət İbadulla oğlunu vuraraq ağır xəsarət yetirib.

Evlərinin yaxınlığında xəsarət alan yaralı dərhal xəstəxanaya yerləşdirilib.

S.Abdullayevə hər iki ayağın sınığı diaqnozu qoyulub.

Hadisə ilə əlaqədar araşdırma aparılır.
Digər xəbərlər: