Sosial
16:50, 02 mart 2020
58
0

“Binə” ticarət mərkəzini su basıb

“Binə” ticarət mərkəzini su basıb
Gecə saatlarından yağan güclü yağış Bakının Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzini su altında qoyub.
Lökbatanda yerləşən ticarət mərkəzindəki mağazaları su basıb.

Hazırda sahibkarlar və satıcılar mağazalardan suyu təmizləməyə çalışırlar.

Qeyd edək ki, hər dəfə güclü yağış yağarkən “Binə” ticarət mərkəzində eyni problem ortaya çıxır.(oxu.az)
Digər xəbərlər: