Dünya
11:37, 30 aprel 2020
58
0

Ermənistan parlamentinin vitse-spikeri bloqerin burnunu dağıtdı

Ermənistan parlamentinin vitse-spikeri bloqerin burnunu dağıtdı
Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan aprelin 29-u müxalifət yönümlü bloqer Artur Danielyanla əlbəyaxa olmasını etiraf edib.

“RİA Novosti” xəbər verir ki, A.Simonyan küçədə gəzərkən Danielyana salam verib, lakin ünvanına ağır təhqirlər eşidib.

Buna dözməyən vitse-spiker bloqerə “kəllə” vurub.

Nəticədə hər ikisi həkimlərə müraciət etməli olub.

“Öz ünvanıma təhqir eşitdikdə mən Danielyanın yaxasından tutaraq başımla onun burnuna güclü zərbə vurdum. O, orada tək deyildi. Onun yanında daha iki nəfər var idi. Onlar da mənə bir neçə zərbə vurdular”, - deyə Simonyan əlavə edib.

Yerli hüquq-mühafizə orqanları hələ ki bu barədə açıqlama verməyib.
Digər xəbərlər: