Hadisə
12:55, 28 dekabr 2019
86
0

Qəza törədən erməni yaşlı taksi sürücüsünü döydü - Video

Qəza törədən erməni yaşlı taksi sürücüsünü döydü - Video
Sosial şəbəkələrdə gənc tərəfindən yaşlı kişinin döyülməsi barədə kadrlar yayımlanıb. Hadisə Ermənistanın paytaxtı Yerevanda qeydə alınıb.
Bildirilir ki, “Brabus” sürücüsü qəza törətdikdən sonra yaşlı taksi sürücüsünün üstünə hücum çəkib. Kadrlardan görünür ki, hücumçu yaşlı kişini yerə yıxdıqdan sonra da onu təpikləyib. Nəhayət, yoldan keçən sakinlər gəlib onları ayırırlar.

Başqa bir avtomobilin müşahidə kamerası tərəfindən qeydə alınan video böyük müzakirələrə və tənqidlərə səbəb olub.(oxu.az)

Digər xəbərlər: