Dünya
Keçmiş prezidentin məhkəməsi başlayır
Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə əks-prezident Almaz Atambayevin məhkəmə prosesi başlayacaq.
İlkin olaraq məhkəmə prosesi kriminal avtoritet Aziz Batukayevin qeyri-qanuni həbsdən azad edilməsi işi ilə əlaqədar start götürəcək. Atambayevin vəkili bildirib ki, müvəkkili prosesdə iştirakdan imtina edib. Ölkə qanunvericiliyinə əsasən, məhkumun məhkəməyə məcburi gətirilməsinə icazə verilmir.
Bildirilir ki, Aziz Batukayev Bişkekdə yerləşən cəzaçəkmə müəssisələrinin birində kütləvi iğtişaşalar törətməkdə günahlandırılaraq, 2016-cı ildə 16 il 8 aylıq həbsə məhkum edilib.
Sözügedən hadisələr nəticəsində deputat Tınıçbek Akmatbayev, cəza icrası şöbəsinin rəisi İkmatulla Polotov və Qırğızıstan parlamentinin daha iki əməkdaşı həlak olub.
2013-cü ildə həkim komissiyasının rəyinə əsasən, qan xərçəngindən əziyyət çəkən Aziz Batukayev sərbəst buraxılıb. Məhkəmə araşdırmalarına görə, kriminal avtoritetin həbsdən azad edilməsində sabiq prezident Atambayev və digər yüksək çinli məmurların iştirakı olub.
Daha çox xəbər:
Ali Məhkəmə sabiq direktorla bağlı qərar verdi
Sabiq deputat yenidən məhkəmə qarşısında
Məhkəmə Rafael Cəbrayılovla bağlı qərar verdi - Evləri əlindən alındı
Vilayət Eyvazov polis bölməsinin rəisi, müavini və sahə müvəkkili vəzifədən azad edib
Elmar Vəliyev danışdı: "Yunis kimdir, mənə nə olub ki..."