Hadisə
Binədə 28 yaşlı gənci bıçaqladılar
Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü İsmayılov Xəlil Qahir oğlu tanımadığı şəxs və ya şəxslərlə mübahisə zəmnində bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Hadisə ilə bağlı araşdırma aparılır.