Cəmiyyət
15:39, 23 oktyabr 2019
35
0

Ekspert: İqtisadiyyat Nazirliyi yenidən təşkil olunmalıdır

Ekspert: İqtisadiyyat Nazirliyi yenidən təşkil olunmalıdır
Son günlər ölkədə prezidentin həyata keçirdiyi kadr dəyişikliyi ictimaiyyət tərəfindən məmnuniyyətlə qarşılanır. Bununla belə hələ köklü islahatlara ehtiyac yenə də vardır. Ölkənin bel sütununun onun iqtisadiyyatının təşkil etməsini nəzərər alsaq indi suallar iqtisadiyyat nazirinin yerinə kimin gətiriləcəyi və yeni nazirin hansı addımlar atacağı barədədir. Qitisadçılarımızın məsələyə baxışı necədir? Bunu bilmək istədik.

Bizimyol.info iqtisadçılar Natiq Cəfərli və Rövşən Ağayevin fikirlərini təqdim edir.

Natiq Cəfərli bildirib ki, Azərbaycan iqtisadiyyatında ciddi problemlər var.

- Rəqəmlər şişirdilir, büdcədən mənimsəmələr olur

- Statistika doğru aparılmır

- Ölkə neftdən asılıdır, iqtisadi böyümə ancaq büdcə xərcləri hesabına baş verir, büdcə də neft pulu ilə dolur

- Məmurlar haqsız rəqabət yaradlr, öz bizneslərini qoruyur

- Xarici investorlar ölkəyə gəlmir

- Biznes mühiti yaxşı deyil, kölgə iqtisadiyyatının həcmi böyükdür

Lakin bu tezislər səbəb deyil nəticədir. Səbəb isə idarəetmə sisteminin köhnə, məhkəmə sisteminin isə müstəqil olma masındadır

Rövşən Ağayev isə bildirib ki, İqtisadiyyat naziri üçün yeni vəzifə status etibarı ilə enişdir

“Yeni iqtisadiyyat nazirinin kim olacağı yaxın zamanda bilinəcək. Lakin məsələ kimin olmasında deyil - bu qurum yenidən təşkil olunmalı, onun funksionallığının, fəaliyyətinin effektivliyinin artırılması üçün addımlar atılmalıdır.

İqtisadiyyat Nazirliyinin indiki nəhəng, xaotik strukturu tamamən dəyişməlidir. Onun əsas funksiyası makroiqtisadi tənzimləmə, uzağı sektorial iqtisadi inkişafın planlaşdırılması və tənzimlənməsi ilə məhdudlaşmalıdır.

İstehlak bazarının tənzimənməsi, sahibkarlığın inkişafı avtonom agentliklərin funksiyası olmalıdır.

Bir də ən vacibi - regional inkişafla ayrıca strukturun məşğul olması çox önəmlidir.

Dövlət orqanlarının fəaliyyətində dəqiq fokusun, çevikliyin və funksionallığını olması çox önəmlidir”,- çox önəmlidir.

Həm dövlətin, həm də müxalifətin ölkədə sosial rifahın yaxşılaşdırılması naminə çalışdıqlarını söyləmələri nəzərə alınsa müxalif cəbhədən çıxış edən iqtisadçılarımızın da fikirlərinə qulaq verilməsi önəmli olardı.
Digər xəbərlər: