Cəmiyyət
Deputat: “İndi söz xalqındır”
“Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Yevlax və Xaçmaz rayonlarının icra başçıları dəyişdirilərək, daha gənc şəxslərlə əvəz olundular.
Cənab Prezident tərəfindən aparılan kadr islahatları çərçivəsində forma və məzmunun əhəmiyyətli dərəcədə dəyişməsi, xalqın marağına səbəb olmaqla bərabər, dövlət idarə etmə sistemində şəffaflığın, operativliyin təmin olunması baxımından ən yüksək qiymətə layiqdir.
Artıq köhnəlmiş stereotiplərdən imtina olaraq, ictimaiyyət Prezidentin yeni kadrların öz gündəlik fəaliyyətlərində xalqın içində olmaları,problemləri ilə yaşamalı, hər hansı bir neqativ hallardan uzaq, rəhbərlik etdikləri rayonların sosial iqtisadi inkişafını, vətəndaş məmnunluğunu təmin etmələri ilə əlaqədar, demək olar ki, strateji yol xəritəsini çəkdi”.
Bizimyol.info xəbər verir ki, bu fikirləri millət vəkili Nəsib Məhəməliyev səsləndirib.
“Tamamilə doğru taktika olduğunu qeyd etməklə yanaşı, Azərbaycan xalqı əyani şəkildə gördü ki,cənab Prezident çox dəqiqliklə bölgələrin problemləri, həll olunan və olunası məsələlərin nədən ibarət olduğu barədə kifayət qədər məlumatlıdır. Dövlət Başçısının gərgin iş qrafikinin, xarici siyasətdən tutmuş,iqtisadiyyat, təhlükəsizlik,ordu quruculuğu,sosial sfera və ümumiyyətlə cəmiyyətin bütün sahələrini əhatə edən qlobal problemlərin fonunda, hər bir bölgənin problemləri ilə belə yaxından məşğul olması ən yüksək hörmətə layiqdir.
Digər tərəfdən, Prezidentin yerlərdə, hələ də köhnə təfəkkürlə işləyən məmurlara mesajları, ictimai nəzarətin gücləndirilməsi, xalqın məhz Rəhbərindən eşitmək istədiyi fikirlərdir.
İndi söz xalqındır. Dövlət Başçısı strategiyanı müəyyənləşdirdi. Taktiki addımların atılması bizdən asılıdır.Müqəddəs vətənimiz, övladlarımızın gələcəyi naminə Prezidentin apardığı islahatları dəstəkləməli,onun ətrafında daha da sıx birləşməliyik.
İnanıram ki, çox yaxın zamanlarda Azərbaycan bütün göstəricilərinə görə dünyada ön sıralarda olacaq.
Daha çox xəbər:
Prosesə Prezident rəhbərlik edir: Həbslər davam edəcək! - GƏLİŞMƏ
Azərbaycanın iki generalı Ərdoğanla bir arada
“Acgöz məmurlar xalq-iqtidar birliyini pozmağa cəhd edirlər” - Adil Əliyev
Eldar Əzizov: "Liftlərin qiyməti haqqında ictimaiyyətə konkret məlumat verilməlidir"
“Dövlətimizə yardım etmək üçün vacib şərt budur” - deputat