İqtisadiyyat
16:09, 15 oktyabr 2019
51
0

SOCAR Türkiyəyə investisiyalarını artıracaq

SOCAR Türkiyəyə investisiyalarını artıracaq
"SOCAR Turkey Enerji A.Ş.”in ("SOCAR Türkiyə”) yatırımlarının həcmi investisiya planında müəyyənləşdirilmiş göstəricilərdən (19,5 mlrd. ABŞ dolları) artıq olacaq.
Bunu "APA-Economics”ə "SOCAR Türkiyə”nin Xarici əlaqələr üzrə rəhbəri Murat LeKompte (Murat LeCompte) deyib.
"Bizim indiki investisiya planımız 19,5 mlrd. dollar həcmindədir. Bunun da 15 mlrd. dolları artıq təmin edilib”, - deyə LeKompte bildirib.

Buna baxmayaraq, onun sözlərinə görə, hazırda "Star” neft emalı zavodunda anbar tutumlarının artırılması layihəsi həyata keçirilir, daha sonra isə BP ilə birlikdə İzmirin Əliağa bölgəsində əlavə neft-kimya kompleksinin tikintisi layihəsinin reallaşdırılması nəzərdə tutulub, əlavə olaraq yeni araşdırma mərkəzinin tikintisi də planlaşdırılır. Bu işlərin reallaşdırılması əlavə investisiya qoyuluşuna tələb yaradır.
M. LeKompte "SOCAR Türkiyə” tərəfindən ölkə ərazisində əlavə aktivlərin alınmasını da istisna etməyib.
Qeyd edək ki, hazırda "SOCAR Türkiyə”nin nəznində "Star” neft emalı zavodu, TANAP boru kəməri, "Petkim”, "SOCAR Terminal”, "Petkim Külək Enerjisi Stansiyası”, "Bursagaz”, "Kayserigaz”, "Enervis”, "EWE Enerji” və "Millenicom” şirkətləri fəaliyyət göstərir.
Digər xəbərlər: