Gündəm
22:14, 27 dekabr 2019
63
0

Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT

Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT
"Azneft” İstehsalat Birliyinə baş direktor təyin edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayev imzalayıb.

Əmrə əsasən, "Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi Şahmar Hüseynov "Azneft” İstehsalat Birliyinin Baş direktoru təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl birliyin direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.
Digər xəbərlər: