Hadisə
DƏHŞƏT: Bakıda tibb bacısı faciəvi şəkildə öldü
Paytaxtın Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"28 May” metrostansiyası yaxınlığında "Mercedes” markalı taksi yolu keçmək istəyən, 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızını vurub. Yaralı sürücü tərəfindən dərhal xəstəxanaya çatdırılıb. Xəstənin vəziyyəti ağır olduğundan 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. F.Nəzərova orada vəfat edib.
Qeyd edək ki, F.Nəzərova Bakıdakı özəl klinikalardan birində tibb bacısı olub.