Cəmiyyət
İnternetdə yeni fırıldaq - Video
Kürdəmir sakinləri sosial şəbəkədə işbazların toruna düşüb. Fırıldaqçılar insanların telefonlarına internet yükləmək adı ilə pullarını mənimsəyiblər.
Xəzər TV xəbər verir ki, internetdən istifadə edən fırıldaqçılar yenə iş başındadır.
Bu dəfə onların toruna Kürdəmir sakinləri düşüb. Rayon sakini Ramin Mütəllimov sosial şəbəkələrdə telefonuna internet yükləmək üçün araşdırma aparıb. Belə bir səhifə ilə qarşılaşan rayon sakini həmin şəxsə müraciət edərək limitsiz internet almaq istədiyini yazıb. Sonra isə ona deyilən məbləği ödəyib.
Pulu yükləyəndən sonra həmin səhifə ilə əlaqə qurmaq mümkün olmayıb. Raminlə bərabər onun qohumu Amal Misirov da fırıldaqçılığın qurbanı olub. Hazırda isə onların yazışdığı şəxslə əlaqə qurmaq mümkün olmur.
Fırıldaqcılar digər insanları inandırmaq üçün ödənilən pulların qəbzlərini də səhifələrində paylaşıblar.
Aldadılan şəxslər başlarına gələn bu hadisədən sonra polisə müraciət edəcəklərini bildiriblər.(baku.ws)
Daha çox xəbər:
Qaxda internetsizlik həyatı iflic edib: - Tələbələr imtahan verə, şagirdlər dərs keçə bilmir
Dünya internet şəbəkəsində yayılan bir video çarx böyük marağa səbəb olub.
Kreditlə maşın alanlara ŞOK zərbə - DİQQƏTLİ OLUN
"Onların həbsi ilə bağlı qərar veriblərsə ..." - İcra Hakimiyyətindən açıqlama
Cəlilabad Mərkəzi Xəstəxanasında bazar açıblar - GİLEY