Cəmiyyət
Azərbaycan vətəndaşı ilə nikah əsasında yaşamaq icazə alan əcnəbilərin sayı açıqlanıb
Bu ilin ilk beş ayında Azərbaycan vətəndaşı ilə nikah əsasında müvəqqəti və daimi yaşama icazəsi alan əcnəbilərin sayı açıqlanıb.
Bildirilib ki, Azərbaycan vətəndaşı ilə nikah əsasında müvəqqəti və daimi yaşama icazəsi alan əcnəbilərin sayı 2023-cü il ərzində 17.561, 2024-cü ilin ilk 5 ayı (yanvar-may) ərzində isə 6.680 nəfər olub.
Xatırladaq ki, Milli Məclisdə üçüncü oxunuşda qəbul edilmiş Ailə Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.
Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün son anda mümkün asan vasitə olaraq Azərbaycan Respublikasının vətəndaşı ilə nikah bağlamağı seçirlər. Bu hal Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan əcnəbilərə münasibətdə qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan sui-istifadə edilməsi riski yaratmaqla yanaşı, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinə mənfi təsir göstərir.
Təqdim olunan qanun layihəsi də məhz ölkəmizdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb.
Daha çox xəbər:
Azərbaycanda yaşayan əcnəbilərin nəzərinə
Azərbaycanda təyyarə ilə sərnişin daşımaları qaydası dəyişdi - QAYDALAR
Əcnəbiyə ərə gedən Azərbaycan qadınlarının sayı əcnəbi ilə evlənən kişilərin sayından daha çox olub
Təyyarə ilə Azərbaycana giriş-çıxış qərarında dəyişiklik
Bu şəxslər iki həftəlik karantinə alınacaq - Deputat AÇIQLADI
14 yaşlı qızı istəməyə getdilər, elçilik mərasimi QANLA BİTDİ - foto
Uşaq, tələbə və hamilələr üçün icbari tibbi sığorta pulsuz olacaq
Suriyadan 20 nəfər Azərbaycan vətəndaşı ölkəmizə gətirilib
Ölkəmizdə gələn turistlərin sayında rekord - ARTIM
Axtarışda olan Azərbaycan vətəndaşı Ukraynada saxlanılıb - Foto