Hadisə
15:20, 25 fevral 2024
1
0

Lerikdə yol qəzasında ölən və yaralananların kimliyi məlum olub

Lerikdə yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
Fevralın 25-də saat 11 radələrində Lerik rayon sakini Xalid Eyvazovun idarə etdiyi "Toyota" markalı avtomobil rayonun "Veləçola" adlanan ərazisində yoldan çıxaraq çaya aşıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun məlumatına görə nəticədə avtomobildə olan sərnişin İsmayıllı rayon sakini, 1959-cu il təvəllüdlü Telman Bağırov ölüb. Sürücü və digər sərnişin Lerik rayon sakini R.Hüseynov isə xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər: