Hadisə
18:42, 01 mart 2021
88
0

Bərdə rayonunda ağır yol qəzası baş verib

Bərdə rayonunda ağır yol qəzası baş verib Bərdə rayonunda üç avtomobil toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən regiitv.az-a bildiriblər ki, rayonun Dəymədağlı kənd sakini R.Hüseynovun idarə etdiyi “VAZ-2106”, Ağdaş rayon sakini S.Abidovun idarə etdiyi “VAZ-2105” və Yevlax rayon sakini Ə.Əhmədlinin idarə etdiyi “Haval” markalı avtomobillər toqquşub. Nəticədə R.Hüseynov və sərnişini E.Quliyev hadisə yerində ölüblər.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Digər xəbərlər: