Foto
Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçu kurslarının növbəti buraxılışı
Əlahiddə Ümumqoşun Orduda növbəti gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kurslarının uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.
Polkovnik Mahmud Əmirov kurslar zamanı keçirilən məşğələlərdən danışıb və məzunları kursları uğurla başa vurmaları münasibətilə təbrik edib.
Məzunlar adından çıxış edən Şahin Cəfərov kursları əvvəl bitirən məzunlar kimi şərəflə xidmət edəcəklərinə, növbəti kurslarda iştirak edəcək gənclərə nümunə olacaqlarına söz verib
Məzunları təbrik edən Əlahiddə Ümumqoşun Ordu Komandanın müavini, general-mayor Məhəmməd Həsənov bildirib ki, bu gün dünyanın güclü orduları sırasında olan Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ili böyük uğurlarla başa vurub.
Qeyd olunub ki, bu il də ölkədə ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsi, maddi-texniki bazanın inkişaf etdirilməsi, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılması prioritet vəzifələr kimi müəyyənləşdirilib: "Bu da hərbi qüdrətimizin daha da artmasına şərait yaradacaq. Əminliklə deyə bilərik ki, Əlahiddə Ümumqoşun Orduda da bu istiqamətdə tədbirlər həyata keçiriləcək, bundan sonra da muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsi və müdafiə potensialının daha da gücləndirilməsi üçün lazımi addımlar atılacaq".
Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birinciləri xatirə lövhələrinə buraxılış emblemlərini vurduqdan sonra tribuna önündən təntənəli keçid olub.
Daha çox xəbər:
Zakir Həsənovdan Azərbaycan Ordusunun yaradılmasının 102 illiyi münasibətilə TƏBRİK
DTX-nın Gəncə şəhər idarəsinin yeni inzibati binasının açılışı olub
Bu gün şəhid general-mayor Polad Həşimovun doğum günüdür
Ədalət Vəliyev generalla görüşüb, ordudakı vəziyyət müzakirə edilib
DSX-nin çavuşu baş leytenantı və kiçik giziri qətlə yetirib
Hərbi qulluqçuların ehtiyata buraxılması mərasimi keçirilib - FOTO
Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür
Şuşa fatehi Hikmət Mirzəyev – FOTO/VİDEO
Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin DOĞUM GÜNÜDÜR
Prezident İlham Əliyev israilli həmkarını təbrik edib