Video
Həmid Həmidov: “Azərbaycana qarşı informasiya müharibəsi aparılır”
“BBC ilk dəfə deyil ki, rəsmi Britaniya hökumətinin mövqeyinə əks olaraq, Azərbaycana qarşı qərəzli münasibət sərgiləyir. Münaqişənin 30 illik tarixi ərzində biz dəfələrlə bu yayım şirkətinin təxribatlarının şahidi olmuşuq”.
Bunu “Global Media Group”un media direktoru, tanınmış jurnalist Həmid Həmidov CBC TV-nin efirində bildirib.
“Təəssüf ki, BBC hər zaman İrəvanın himayədarı qismində çıxış edib. Əslində, bu, izaholunmazdır. Özü də belə yanaşma təkcə BBC-yə xas deyil. Bu, Qərb mətbuatının ikili standartlarıdır”, - deyə jurnalist bəyan edib.
Həmid Həmidov qeyd edib ki, dünya üzrə milyonlarla insana yanlış məlumatların çatdırılması heç də söz azadlığı deyil və hər kəs dediyi sözlərə görə cavab verməlidir.
“Düşünürəm ki, belə təxribatları cavabsız qoymaq düzgün deyil. Ən azı BBC-nin Azərbaycan bölməsi şirkətin baş ofisi qarşısında məsələ qaldırmalıdır”, - deyə H.Həmidov vurğulayıb.
Daha ətraflı CBC TV-nin videomaterialında:
Daha çox xəbər:
Həmid Həmidov: “Azərbaycana qarşı informasiya müharibəsi aparılır”
Kanadadakı azərbaycanlılar BBC-yə etiraz etdilər
Azərbaycan Prezidentinin “BBC News” kanalının ittihamlarına cavabı Çində xüsusi maraqla izlənilir
600-dən çox iranlı Azərbaycana bilet alıb...
"Mətbuat əgər bunu etmirsə, onda bu mətbuat deyil"
Tanınmış jurnalist Əmrah Fəqanoğlu COVID-19-dan vəfat edib
“Qanuni oğru”ları niyə eyni gündə öldürdülər? - Müəmma
Söz sahibi təkcə Rusiya deyil, Türkiyə də həlledici mövqedədir
"Noyabrın 7-də Azərbaycana qarşı bunu etmişdik" - ERMƏNİLƏRDƏN SENSASİON ETİRAF
“Azərbaycan Polisi Öldürmür, Işğal Etmir,Qoruyur…DİN-Nin Polisi Erməni Deyil, Azərbaycanlıdır!!!”-Jurnalist Aybəniz Abdulova