Gündəm
Azərbaycan Prezidentinin “BBC News” kanalının ittihamlarına cavabı Çində xüsusi maraqla izlənilir
Prezident İlham Əliyevin ötən il noyabrın 6-da “BBC News”a müsahibə verərkən jurnalistin azad media ilə bağlı ittihamlarına tutarlı cavabları Çin ictimaiyyətində çox böyük marağa səbəb olub.
Azərbaycan Prezidentinin müsahibəsinin bəzi media orqanlarının müxtəlif ölkələrdə azad media və insan hüquqları ilə bağlı saxta və qərəzli məlumatlar yaymasına sərt etirazı, xarici media orqanlarının öz ölkələrində oxşar problemlərə göz yumaraq, başqa dövlətlərə dərs keçmək niyyətini açıq ifşa etməsi barədə hissəsi bir neçə gündür Çinin bütün sosial şəbəkələrində və messencerlərində, o cümlədən “Weibo”, “Wechat”, “Bilibili”, “Duoyin”, “Tuotiao”da geniş müzakirə olunur və trendə çevrilib. Maraqlı məqamlardan biri də odur ki, Çinin rəsmi xəbər agentliyi “Sinxua”, Çin Kommunist Partiyasının rəsmi qəzeti “Jenmin Jibao”, habelə nüfuzlu “China Daily” qəzeti, Çin Mərkəzi Televiziyası (CCTV) və Çin Beynəlxalq Radiosu, tanınmış blogerlər Azərbaycan Prezidentinin “BBC News”a videomüsahibəsinin mövzuya dair hissəsini sosial şəbəkələrdə paylaşıblar. Mayın 7-dən başlayan bu proses zamanı həmin həştəq altındakı videoları təkcə “Weibo” sosial şəbəkəsində tviterin Çin alternativi) izləyənlərin sayı 40 milyonu ötüb və bu rəqəm getdikcə artır. Günün bəzi saatlarında həmin həştəq üzrə videolara baxış sayı bir dəqiqə ərzində 133 minə çatıb. “Weibo” istifadəçiləri Prezident İlham Əliyevin məlum fikirləri ilə bağlı 9472 dəfə müzakirə açıblar. İstifadəçilər qeyd ediblər ki, Azərbaycan Prezidenti “BBC News” kanalının əməkdaşına oxşar problemlə üzləşən Çin ictimaiyyətinin demək istədikləri fikirləri söyləyib.
Həmin videoya “Tuotiao” platformasında 5 milyona yaxın, “Bilibili”də 1,5 milyondan çox baxış olub. Bundan başqa, “Wechat” mesencerində və “Duoyin” (“Tik-tok”un Çin versiyası) platformasında da xeyli paylaşılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin həmin müsahibəsi ilə bağlı tviterdəki paylaşımı 3,5 milyondan çox insan izləyib, 97,5 mindən çox insan bəyənib, 37,6 minə qədər insan isə videonu öz profilində paylaşıb.

Daha çox xəbər:
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlu daxili və xarici siyasət həyata keçirir, beynəlxalq nüfuzu artır".
Əli Həsənov daha bir media rıçaqını itirir - İDDİA
"Cin çıxarma" kursları fəaliyyətə başladı
Çin ABŞ-ı “səhv siyasət”ləri düzəltməyə çağırdı
Çində matəm elan edildi - Koronavirusa görə