Siyasət
19:01, 18 avqust 2023
20
0

Azərbaycandan Turançı Məmmədəli Ağamalıyev Turan Konfederasiyasına həmsədr təyin edildi

Azərbaycandan Turançı Məmmədəli Ağamalıyev Turan Konfederasiyasına həmsədr təyin edildi
Turancı - Böyük Türkün Oğuz nəslinin Bayandır soyundan olan Azərbaycanlı MƏMMƏDƏLİ AĞAMƏLİYEV 05-06 avqust 2023-cü ildə Türkiyənin İstanbul şəhərində TURAN KONFEDERASİYASI sədri ERKİN SABİT ilə görüşüb.

Görüşdə TURAN KONFEDERASİYASI-nın yaxın gələcəkdə görəcəyi işlər, tədbir və görüş layihələri müzakirə olunub.

Turançılıq ideologiyasının gələcək planları, görüləcək işlər; Konfederasiya strukturunun formalaşdırılması, türkdilli ölkələrdə görüşlərin keçirilməsi, yeni dünya düzənində Turanın əhəmiyyətinin gənclərə çatdırılması, türkdilli və türkkökənli xalqların, iş adamlarının Koordinasiya Mərkəzinin yaradılması müzakirə edildi.

“TURAN KONFEDERASİYASI" adından, MƏMMƏDƏLİ AĞAMƏLİYEVƏ TURAN SEVGİSİNDƏ XİDMƏTLƏRİNİZDƏ ÜSTÜN UĞURLAR ARZU EDİRİK.
Digər xəbərlər: