İdman
11:36, 31 oktyabr 2019
72
0

Sərbəst güləş millimiz dünya çempionatından kubokla qayıdacaq

Sərbəst güləş millimiz dünya çempionatından kubokla qayıdacaq
Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında sərbəst güləş üzrə yığmamız kubok qazanıb.

Oxu.Az xəbər verir ki, mundiala səkkiz idmançıyla yollanan yığmamızın beş üzvü fəxri kürsüyə qalxıb.

Turan Bayramov (-65 kq) qızıl, Əbubəkr Abakarov (-79 kq) və Hacımurad Məhəmmədsəidov (-86 kq) gümüş, Əfqan Xaşalovla (-57 kq) Davud İbrahimov (-70 kq) isə bürünc medal qazanıb.

Ümumilikdə komandamızın topladığı xal 111-ə bərabər olub.

Bu nəticəylə millimiz dünya üçüncüsü olub.

Rusiya (145) I, İran (139) isə II yeri tutub.

Qeyd edək ki, bir qızıl, iki gümüş və iki bürünc medal 2017-ci ildən bu yana keçirilən analoji yarışlarda sərbəst güləş yığmamızın ən yaxşı nəticəsidir.
Digər xəbərlər: