Hadisə
Hərbi qulluqçumuz intihar edib
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Ramil İlham oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olmuşdur.
Daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.
Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
Daha çox xəbər:
Bakıda özünü asan həkimlə bağlı cinayət işi açıldı
Avtomobili hərbçi və polisin üzərinə sürən şəxslər həbs edildi
İtkin düşmüş daha bir hərbi qulluqçumuzun şəhid olduğu müəyyən olunub
Prokurorluq məlumat yaydı
Lerikdə məmurun meyitini arvadı tapıbmış
2858 şəhidin şəxsiyyəti tam müəyyən edilib - Xanlar Vəliyev
Bakıda qandonduran cinayətin təfərrüatı: Ata qızına narkotik vuraraq öldürüb - YENİLƏNİB
Bacısı ilə anasını öldürən oğul evdən belə qaçdı- RƏSMİ AÇIQLAMA
Bakıda kürəyindən bıçaqlanan polislə bağlı rəsmi - AÇIQLAMA
Kürdə boğulan bacı-qardaş intihar edib?