Hadisə
20:11, 15 aprel 2021
117
0

Kürdə boğulan bacı-qardaş intihar edib?

Kürdə boğulan bacı-qardaş intihar edib? Kürdə boğulan bacı-qardaş intihar edib?
Sabirabad rayon Prokurorluğunda ilkin olaraq Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Sabirabadda bacı və qardaşın Kür çayında boğularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Aprelin 9-da rayon sakinləri - 2000-ci il təvəllüdlü Məryəm Hüseynli və qardaşı, 2016-cı il təvəllüdlü Hüseyn Hüseynli Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində boğulub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Aprelin 10-da M. Hüseynlinin, aprelin 14-də H. Hüseynlinin meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Kürdə aşkar edilərək çıxarılıb.

İlkin araşdırmalarla bacı və qardaşın ehtiyatsızlıqdan Kürə düşərək boğulması müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda ilkin olaraq Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Digər xəbərlər: