Sosial
20:29, 06 fevral 2023
1
0

"Azərbaycan hər zaman olduğu kimi bu çətin günündə də qardaş Türkiyənin yanındadır" - Emil Əkbərov



"Bu gün türkiyəli bacı və qardaşlarımız səhərini güclü zəlzələ ilə açdılar".

Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov deyib.

Emil Əkbərov qeyd edib ki, qardaş Türkiyənin sevinci sevincimiz, kədəri isə kədərimizdir:

"Təəssüf ki, Türkiyədə dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı durmadan artır. Belə ki, ölənlərin sayı artıq 1014 nəfərə çatıb. Yaralıların sayı isə 5385-ə yüksəlib. Zəlzələ nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm. Hər zaman olduğu kimi bu gün də qardaş ölkəyə ilk kömək əlini uzadan Azərbaycan oldu. Cənab prezidentin verdiyi tapşırığa əsasən ilkin olaraq Fövqəladə Hallar Nazirliyinin 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb. Bundan əlavə ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri hadisə yerinə çatdıracaq ikinci təyyarə də hazırlanır və ən qısa zamanda onun göndərilməsi nəzərdə tutulur. Təbii ki, bu ilkin yardımdır. 44 günlük Vətən müharibəsində Türkiyə bizim yanımızda olduğu kimi, Azərbaycan da bu çətin günlərdə qardaşını tək buraxmayacaq".
Digər xəbərlər: