Hadisə / Dünya
20:05, 01 fevral 2023
0
0

Omanda karuselin aşması nəticəsində 8 nəfər yaralanıb



Omanın paytaxtı Maskatda əyləncə parkında karuselin aşması nəticəsində 8 nəfər xəsarət alıb.
Omanın paytaxtı Maskatda keçirilən festival zamanı Oman Konqres və Sərgi Mərkəzində qurulan əyləncə parkında yelləncək aşıb.
Hadisə nəticəsində 7-si uşaq olmaqla 8 nəfər xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralıların səhhətinin yaxşı olduğu bildirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Digər xəbərlər: