Sosial
09:32, 24 dekabr 2022
15
0

Vasif Talıbovun oğlu vitse-prezidenti olduğu federasiyanın iclasına qatılmadı

Vasif Talıbovun oğlu vitse-prezidenti olduğu federasiyanın iclasına qatılmadı

Azərbaycan Şahmat Federasiyasında 2022-ci ilin yekunlarına həsr olunan görüş keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə AŞF-in prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, birinci vitse-prezident Faiq Həsənov, İcraiyyə Komitəsinin üzvləri Sərxan Həşimov, Cahangir Ağarəhimov, baş katib İlahə Qədimova iştirak ediblər.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Seymur Talıbov görüşdə iştirak etməyib.

Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Muxtar Respublikasının Milli Məclisinin sədri Vasif Talıbovun oğludur.
Digər xəbərlər: