Sosial
19:11, 21 dekabr 2022
12
0

Bakı məktəblərində daha bir rəzillik

Bakı məktəblərində daha bir rəzillik

Azərbaycan məktəblərində istifadədə olan daha bir köməkçi vəsaitdə səhvlər aşkarlanıb.

Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətt"inə daxil olub.

Birinci siniflər üçün istifadə olunan misallar və tapşırıqlar kitabında sadə məsələlərdə səhvlər var.

Belə nöqsanlar isə məktəblərdə istifadə olunan köməkçi tədris vasitələrində, təəssüf ki, tez-tez rastlanan adi hala çevrilib.

Bəs görəsən, ölkədə bu tip kitabların monitorinqini həyata keçirən varmı?

Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirdi ki, son dövrlər kitab bazarında vəziyyət belədir. İstənilən şəxs hər hansı vəsaiti çap etdirib satışa çıxara bilir:

"Təbii ki, onların izlənilib monitorinqini həyata keçirmək mümkün olmur. Sırf Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil İnstitutu müvafiq olaraq bu dərsliklərin monitorinqini aparmalıdır. Elm və Təhsil Nazirliyinin lisenziyası ilə satışa çıxarılan dərsliklərdə səhv aşkarlanarsa, artıq bu hal araşdırılmalıdır. Nazirlər Kabinetinin müəyyən etdiyi qərar əsasında hər bir dərsliyin dəqiqliyi, yığcamlığı kimi məsələlər öz əksini tapır".

Ekspertin sözlərinə görə, lisenziyadan kənar buraxılan kitablarla bağlı nazirlik mütləq şəkildə tədbir görməlidir:

"Hazırda biz, təəssüf ki bəzi dərsliklərlə bağlı şikayətlər alırıq. Düşünürəm ki, bu sahədə Elm və Təhsil Nazirliyi tərəfindən işlər görülməlidir".Bakı məktəblərində daha bir rəzillik
Bakı məktəblərində daha bir rəzillik
Bakı məktəblərində daha bir rəzillik
Digər xəbərlər: