Hadisə
19:07, 21 dekabr 2022
11
0

Bir neçə gün öncə itkin düşən qadının meyiti tapılıb

Bir neçə gün öncə itkin düşən qadının meyiti tapılıb
Sumqayıtda bir neçə gün öncə itkin düşən qadının meyiti tapılıb.

Bu gün səhər saatlarından şəhərin dənizkənarı hissəsində qadın meyiti tapılıb.

Araşdırma zamanı onun 14-cü məhəllə sakini, 1955-ci il təvəllüdlü Qocayeva Xanım olduğu məlum olub.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. 67 yaşlı qadının özünü dənizə ataraq intihar etdiyi ehtimal edilir.

Qeyd edək ki, meyiti tapılan şəxsin bir neçə gün öncə itkin düşdüyü bildirilirdi.
Digər xəbərlər: