Hadisə
20:15, 08 mart 2021
49
0

Kürdə batan şəxsin meyiti 36 gün sonra TAPILDI

Kürdə batan şəxsin meyiti 36 gün sonra TAPILDI Kürdə batan şəxsin meyiti tapılıb.

Bu barədə Sonxeber.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, yanvarın 31-də FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.

Axtarışda olan Yusifov Səfxan Aydın oğlunun meyiti bu gün günorta saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər xəbərlər: