Gündəm
12:44, 08 dekabr 2022
68
0

“Media savadlılığı”nə deməkdir?

“Media savadlılığı”nə deməkdir?

Medianın gündəlik həyatımızdakı yeri getdikcə artmaqdadır. İlk qəzetin çıxarılmasından günümüzə medianın növ və mesajında artan müxtəliflik mühüm ölçülərə çatmışdır. Sanki iki fərqli dünyada yaşayırıq; Bunlarda ilki həyatımızı yaşadığımız gerçək dünya, digəri də medianın yaratdığı virtual aləmdir.
Qısaca, “Media Savadlılığı” bir media məzmunu ilə qarşı-qarşıya qaldığımız zaman media mesajlarını daha yaxşı anlamaq üçün koqnitiv, affektiv, estetik və etik keyfiyyətləri bir bütün olaraq istifadə etmə bacarığını inkişaf etdirmək prosesidir.
ABŞ-da media təhsili 1932-ci ildən bəri verilir. `New York Times` qəzetinin təşəbbüsü ilə başlayan bu prosesə başda 350 mətbuat qurumu dəstək vermişdir. Bu işə,məktəblərə müxtəlif qəzetlər göndərilərək başlanmışdır. On minlərlə müəllim `Media Savadlılığı` təlim-proqramında iştirak etmişdir. Günümüzdə “Media Savadlılığı”dərsi, ABŞ-da məcburi dərslər siyahısındadır.
Aparılan araşdırmalar, Azərbaycanda televiziya izləmə nisbətinin gündə orta hesabla 3-5 saat aralığında olduğunu göstərir. Bu hesablama ilə bir nəfər az qala günün altıda birini, bir ilin də təxminən 19%-ni televiziya izləyərək keçirir.
Ölkəmizdə uşaqların televiziya izləmə mövzusunda demək olar ki, tamamilə azad olduqları, bütün yaş qrupları etibarilə gündə orta hesabla 4 saat televiziya izlədikləri və 82% nisbətində televiziya izləməyə yönələn qərarlarını özlərinin verdikləri, istədikləri proqramı seçərək, istədikləri saata qədər izlədikləri aparılan araşdırmalarda öz əksini tapmışdır.
Aparılan araşdırmalar və qiymətləndirmələr, vizual, səsli və yazılı media qarşısında, müdafiəsiz bir alıcı mövqeyində olan uşaqların, məktəbdən başlayaraq media qarşısında məlumatlandırılmasının zəruriliyini ortaya qoyur.
Aslanov Təbriz/regiitv.az
Digər xəbərlər: