Gündəm
Moskvada Azərbaycan ilə Ermənistan arasında danışıqlar aparılacaq.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 5-də Rusiyaya işgüzar səfər edəcək.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.
M. Zaxarova qeyd edib ki, səfər çərçivəsində Moskvada, Rusiya və Azərbaycan prezidentləri arasında imzalanan Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə kontekstində Rusiya-Azərbaycan münasibətlərinin inkişafına dair kompleks məsələlər nəzərdən keçiriləcək.
“Həmçinin bir sıra aktual regional və beynəlxalq mövzuların ətraflı müzakirəsi planlaşdırılır. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli, həmçinin cari ilin 31 oktyabr tarixli ali səviyyədə üçtərəfli bəyanatların icrasının müzakirəsinə xüsusi diqqət ayrılacaq. Bu müzakirələrin məqsədi Azərbaycan-Ermənistan münasibətlərinin kompleks normallaşdırılmasını təmin etməkdir”, - deyə M.Zaxarova bildirib.
Aslanov Təbriz|regiitv.az
Daha çox xəbər:
SON DƏQİQƏ! Rusiyadan Laçın dəhlizi ilə bağlı rəsmi açıqlama
Ceyhun Bayramovla Sergey Lavrov görüşəcəklər.
Cavad Zərifin Azərbaycana səfərinin tarixi açıqlandı
Rusiya Azərbaycanın təklifini dəstəklədi
İranın Xarici İşlər naziri Rusiyaya rəsmi səfər edib
Ceyhun Bayramov Almaniya səfiri ilə görüşdü - FOTO
SON DƏQİQƏ! Rusiya Hadrutla bağlı açıqlama yaydı
Ceyhun Bayramov Rusiyaya getdi
Ara Ayvazyanın Qarabağa qanunsuz səfəri gərginliyi alovlandırmaq cəhdidir — RƏSMİ
İlham Əliyev Vladimir Putinlə telefonla danışıb