Gündəm
22:14, 16 dekabr 2020
78
0

SON DƏQİQƏ! Rusiya Hadrutla bağlı açıqlama yaydı

SON DƏQİQƏ! Rusiya  Hadrutla  bağlı açıqlama yaydı
“Rusiya mümkün olan hər şeyi edir ki, regionda uzunmüddətli və möhkəm sülh olsun”.

Oxu24.com -un verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Rusiya regionda uzun və möhkəm sülhün yaranması üçün nə mümkündürsə, edir. Biz ondan çıxış edirik ki, münaqişə tərəfləri də bu məqsədlərə istiqamətlənib.

M. Zaxarova ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bakı və İrəvana səfərlərində Rusiyanın səfirlər səviyyəsində təmsil olunmasını isə belə şərh edib:

“Düşünmürəm ki, Rusiya nümayəndə heyətinin niyə bu cür formalaşdırılmasının detalları açıqlanmalıdır. Bunun səbəbi var.

Burada heç bir konspirologiyadan söhbət getmir. Logistika baxımından bunun düzgün olduğunu hesab etdik. Xahiş edirəm ki, burada hansısa siyasi mətnaltı məna axtarmayın”.


Digər xəbərlər: