Gündəm
Nazirlik Türkiyəyə qarşı çəkilmiş filmlə bağlı açıqlama yaydı

Mədəniyyət Nazirliyi kinoteatrlarımızın anti-Türkiyə filmini yayımlamaması haqda açıqlama yayıb.
"Mövcud qanunvericiliyə əsasən ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq Yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur. "Odda - İki bacı" filmi ilə bağlı bildiririk ki, sözügedən filmə Nazirlik tərəfindən Yayım vəsiqəsi verilməyib və istər Nazirliyin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb. Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə isə bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil. Bununla belə, Nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir", - deyə, qeyd olunub.
Aslanov Təbriz|regiitv.az
Daha çox xəbər:
“Əli və Nino” filmi Macarıstanın paytaxtı Budapeşdə nümayiş edilib.
Nazirlik rəsmisindən valideynləri işsiz kimi qeydiyyata alınan tələbələrlə bağlı AÇIQLAMA
Mədəniyyət Nazirliyindən Şəkidəki Atçılıq Mərkəzi ilə bağlı AÇIQLAMA - FOTO
Nazirlikdən bir gecədə kəsilən 100-dən çox ağacla bağlı - AÇIQLAMA
Bu nazirliyin sözçüsü istefa verdi- FOTO
“Eldar Mahmudov MTN-i necə iflic etmişdisə, Əbülfəs Qarayev də Mədəniyyət Nazirliyini həmin duruma salıb”
Hərbi məhsullarımız Türkiyədə nümayiş olunacaq
Bu şəxslər ödəniş üçün müraciət etməsin! - Nazirlik
Azərbaycanda 16 avtovağzal bağlana bilər
Nazirlik icra başçısının fəaliyyətini yoxlayır
