Gündəm
16:38, 22 sentyabr 2022
31
0

ODLAR YURDU UNİVERSİTETİNİN BUFETİNDƏ STULLAR YIĞIŞDIRILIB

Odlar Yurdu universitetinin bufetində stulların yığışdırılması müzakirələrə səbəb olub.Tələbələrin bir qismi bufet artıq sıxlıq olmadığı üçün bu halın onlar üçün rahat olduğunu söyləsə də,bir qismi yeməklərini rahat yeyə bilmədikləri üçün öz narazılıqlarını bildiriblər.Bununla bağlı universitetin prorektoru Qabil Qafarov açıqlama verib.

"Biz xarici ölkələrdə, onların ali təhsil müəssisələrində səfərlərdə olarkən, oradakı əksər universitetlərdə də bu cür furşet masalardan istifadə olunur. Biz də Avropanın bir parçasıyıqsa, hər mənada ora uyğunlaşmalıyıq".

"Bufetimizdəki furşet masalardır. Bunlar da tələbələrin ayaq üstə qidalanması üçün nəzərdə tutulub. Oturmaq üçün deyil. Tələbələrin 15 dəqiqəlik tənəffüsü var, bu müddət ərzində onların əyləşməsi, yeməyini gətirib yeməsi vaxt alır. Düşünürük ki, bu cür masalarda tələbələrin ayaq üstə qidalanması daha gözəl görünür".
ODLAR YURDU UNİVERSİTETİNİN BUFETİNDƏ STULLAR YIĞIŞDIRILIB
Digər xəbərlər: