Təhsil
11:08, 30 iyun 2020
55
0

Şagird və tələbələrə təhsil haqqı geri ödəniləcək? - “Müəyyən ödənişlər qaytarıla bilər”

Şagird və tələbələrə təhsil haqqı geri ödəniləcək? - “Müəyyən ödənişlər qaytarıla bilər”
Dünyanı təhdid edən pandemiya təhsil sisteminə də böyük ziyan vurub. Əksər ölkələrdə dərslər dayandırılıb, onlayn təhsil sisteminə keçid olub.

ABŞ-da aylardır onlayn təhsil alan məktəblilər və tələbələr illik təhsil haqlarını geri almaq üçün məhkəməyə müraciət ediblər. Bir çox məhkəmələr bu şikayətin tam haqlı olduğunu, digərləri isə hələlik araşdırma apardıqlarını bildiriblər.

Mart ayının 3-dən etibarən Azərbaycan da pandemiya səbəbindən onlayn təhsilə keçib. Bütün təhsil müəssisələrində dərslər tədris ilinin sonuna qədər bu şəkildə davam edib.

Maraqlıdır, Azərbaycanda da ödənişli əsaslarla, amma onlayn dərs keçən məktəblilər və tələbələr illik təhsil haqlarını geri ala bilərlərmi? Şagird və tələbələrin distant təhsil aldığı diqqətə alınarsa, müəyyən ödənişlərdən azad olunmaları məntiqli görünür.

Milli Məclisin Təhsil və Elm Komitəsinin üzvü İsa Həbibəyli Cebhe. info-ya açıqlamasında bu məsələ ilə bağlı qərarın aidiyyatı qurumlar tərəfindən qəbul oluna biləcəyini deyib: “Əvvəlcə onu deyim ki, pandemiya gözlənilmədən baş verdi və bunu heç kim proqnozlaşdırmırdı. Gözlənilməz olmasına baxmayaraq, təhsilin onlayn şəkildə təşkili üçün ölkə kifayət qədər səy göstərdi. İlkin nəticələr də fikrimcə, müsbətdir. Amma təhsil haqları necə olacaq, dəqiq məlumatım yoxdur. Hər halda onlayn şəkildə də olsa, müəllim faktoru və hazırlığı olub. Bəlkə müəyyən ödənişlər qaytarıla bilər. Amma bu barədə qərarı həmin sahənin icraçıları verə bilər. Belə bir məsələnin parlament gündəliyinə çıxarılması ekspert rəyi ilə olmaz, hər halda uyğun icraedici orqan bununla bağlı qərar verməlidir”.
Digər xəbərlər: